Yolda Etika Qaydaları
Hörmət göstərən = ən peşəkar sürücüdür
✔️ «Zəif» və ya «ucuz» maşın görəndə özünü göstərməyə ehtiyac yoxdur
Heç kim kimdən geri qalmır. Kiminsə maşını köhnədir deyə ona hədə-qorxu gəlmək, arxadan sıxmaq, sıxışdırmaq — bu sadəcə mədəniyyətsizlikdir.
✔️ Velosipedçi, motosiklist, skuter sürəni görəndə yavaş keçin
Bu insanlar açıq havadadır, qorumasızdır.
Yanından bərkdən keçmək onları qorxuda, tarazlıqdan sala bilər.
Onlar da işinə gedir, evinə tələsir — hörmət etmək lazımdır.
✔️ Kiməsə yol vermək — zəiflik deyil
Ego qırılmır, nüfuz düşmür.
Əksinə — səni daha böyük, daha peşəkar göstərir.
Ən yaxşı sürücü o deyil ki, hamını ötür…
Ən yaxşı sürücü odu ki, hamının təhlükəsizliyini qoruyur.
✔️ Cərgəyə (полоса) girmək istəyənə yol vermək — mədəniyyətdir
Çox vaxt görürük ki, biri cərgəyə keçmək istəyir, amma başqa biri burnunu qabağa soxub heç nə olmamış kimi düz qabağa baxır — elə bil sağ tərəf yoxdu.
✔️ Park etmək — “kim harada yer tapa bilirsə” oyunu deyil
Səkini, keçidi, giriş-çıxışı bağlamaq — başqasının yolunu çətinləşdirməkdir.
Düzgün park etmək sadəcə qayda deyil, hörmətdir.
Mükəmməl maşın sürmək bacarıqdır, amma düzgün park etmək şəxsiyyət göstəricisidir.
Bu davranışlar Səni “güclü sürücü” etmir. Sadəcə tərbiyəni göstərir 🫶🏻
Müəllif: jasminlnizm